AZ

Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır - SN

Bakı. Trend:

Hər bir qadın hamiləlik dövrünü rahat və normal şəkildə başavurmaq istəyir. Hamiləliyin sağlam başa vurulması üçün nəzərəalınmalı bir neçə məqamlar mövcuddur. Bu barədə Səhiyyə NazirliyiElmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimmama-ginekoloqu Aynurə Qaybalıyeva deyib.

Trend A.Qaybalıyeva ilə müsahibəni təqdim edir:

- Aynurə xanım, hamiləliyin sağlam başa vurulması üçün vacibolan məqamlar hansılardır?

- Təbii ki, hər bir qadın hamiləlik dövrünü rahat və normalşəkildə başa vurmaq istəyir. Hamiləliyin sağlam başa vurulması üçünnəzərə alınmalı bir neçə məqamlar mövcuddur. İlk növbədə vaxtındahəkim qəbuluna getmək mütləqdir. Antenatal qulluğun, yənidoğuşaqədər nəzarətin əsas məqsədi hamiləliyin sağlamsonlandırılması və dölün sağlamlığının qorunmasıdır. Hamiləliyinfizioloji gedişi haqqında məlumatlı olmaq və ona uyğun şəkildəmüayinələrdən keçmək üçün qadın mütləq şəkildə həkim-ginekoloqunkonsultasiyasına getməlidir.
“Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə KlinikiProtokol”a əsasən, müraciət edən qadına həkim tərəfindən həftələrəuyğun olaraq gəliş günləri təyin edilməlidir. Eyni zamanda, analizvə müayinələr icra etdikdən sonra lazım gəldiyi təqdirdə müvafiqmüalicə planı təyin olunmalıdır.

- Hamiləlikdən öncə və hamiləlik zamanı fol turşusu hansısəbəbdən qəbul edilir?

- Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı,hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktivsistemlərin normal fəaliyyəti üçün zəruri olan bir maddədir. Bundanəlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinirborusunun formalaşmasında mühüm rol oynayır.
Fol turşusu (Vitamin B9) uşaqda sinir sisteminin normal inkişafıüçün önəmli maddədir. Hamiləlikdən öncə və hamiləliyin ilk 12həftəsinə qədər fol turşusunun qəbul edilməsi sinir sistemi iləbağlı problemlərin rastgəlmə tezliyini 50-70%-ə qədər azaldır.
Əgər hamilə qadının anamnezində sinir sisteminin qüsurları ilədünyaya gəlmiş uşaq varsa, pasiyentin artıq çəki problemimövcuddursa, fol turşusu çatışmazlığı ilə bağlı anemiya varsaistisna hallar kimi həkim mama-ginekoloq tərəfindən fol turşusununmiqdarı və dozası artırıla bilər.

- Hamiləlikdə tonus hansı hallarda yaranır?

- Demək olar ki, əksər hamilə qadınlar ultrasəs müayinəsi zamanı“uşaqlıq tonusdadır” kimi ifadə ilə qarşılaşır. Əslində belədiaqnoz mövcud deyil. Çünki uşaqlıq özü əzələvi orqandan təşkilolunub və hər bir əzələvi orqanın da funksiyası onunyığılıb-boşalma qabiliyyətinə malik olmasıdır.
Təbii ki, hamiləlik zamanı uşaqlıq əzələsi stress, fiziki-emosionalgərginlik kimi müəyyən faktorların təsirindən yığılıb-boşala bilər.Bu hal da hamilə qadında ağrı hissi yaradır və ana bətnində dölünyerini daraldır. Ağrını və bərkliyi azaltmaq üçün müəyyənspazmolitik təsirə malik dərmanlar, yəni əzələ boşaldan dərmanpreparatları təyin edilir.
Bununla yanaşı, hamilə qadın çox ağrı hiss etmədiyi zaman yaranantonusu azaltmaq üçün istənilən gərginlikdən uzaq olmalı, lazımiqədər istirahət etməli və bədənin bütün əzələlərini boşaltmağaçalışmalıdır.

- Hamiləlikdə ikili test nə üçün verilməlidir?

- Ana namizədi hamiləlik dövründə özündən daha çox körpəsininsağlamlığını düşünür. Psixoloji cəhətdən dölün inkişafının normayauyğun getdiyinə əmin olması qadını rahatlaşdırır.
Ultrasəs müayinələrdən əlavə, bəzi laborator analizlər var ki,onların nəticəsində hamilə bətnindəki körpənin genetik quruluşunun,xromosomlarının normaya uyğun inkişafını öyrənə bilir. Belətestlərdən biri də məhz ikili testdir. Bu skrininq testidir və birçox xromosom anomaliyalarının (Daun sindromu, Edvards sindromu vəs) diaqnostikasının aparılması məqsədilə verilir.
İkili tarama testi aparılmamışdan öncə hamiləyə USM icra edilir.Hamiləliyin 11-14-cü həftəsində aparılan ultrasəs müayinəsivasitəsilə dölün ənsə qalınlığı, eyni zamanda boyun uzunluğuölçülür və qeyd olunur.
Əsas məsələ analizin USM olunan gün baş tutmalı olduğudur. QadınUSM nəticələri ilə birlikdə qan vermək üçün laboratoriyayagetməlidir. Qanda beta-HCG və РАРР-А adlandırılan zülal ölçülür.Ultrasəs müayinəsindən, qan testindən alınan nəticələr və hamiləqadın haqqında əldə edilən bəzi məlumatlar birlikdəqiymətləndirilir.

- Təbii doğuş və qeysəriyyə ilə başa çatdırılan hamiləliklərarasında nə kimi fərqlər mövcuddur?

- Uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominalyolla başa çatdırılması qeysəriyyə kəsiyi adlanır. Əgər hamiləninanamnezində qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digərəməliyyatın olması mövcuddursa, doğuş yollarının anomaliyaları,dölün köndələn vəziyyəti, ağır ekstragenital xəstəliklər və s. kimihallar, yaxud ağır preeklampsiya, eklampsiya kimi təcili hallarvarsa, bu artıq qeysəriyyə kəsiyi üçün göstəriş hesab edilir. Buzaman həkim tərəfindən ananın və körpənin sağlamlığının qorunmasıüçün hamiləliyin cərrahi yolla başa çatdırılması təyin olunur.
Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necəböyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir. SəhiyyəNazirliyinin istifadəyə verdiyi “Burla Xatun” mobil tətbiqihamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçünəhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldəetmək imkanı verir. “Burla Xatun” mobil tətbiqi vasitəsi iləhamiləliyin gedişatını və körpənin inkişafını həftələr üzrəizləmək, doğuş tarixini hesablamaq, digər sağlamlıq göstəriciləriniidarə etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları vəməlumatları saxlamaq mümkündür.
Mobil tətbiqini telefonunuzda İOS(https://apps.apple.com/ca/app/burla-xatun/id1540641777) və Android(https://play.google.com/store/apps/details?id=com.burlaxatun.app&hl=az)sistemləri vasitəsi ilə yükləmək olar.
Ümumiyyətlə, hamilə qadın 9 ay boyunca psixoloji cəhətdən normaldoğuşa özünü hazır hiss etməlidir. Bu prosesdə həkimmama-ginekoloqun rolu böyükdür. Hər bir həkim pasiyenti təbiidoğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunuhamilələrə aşılamalıdır.
Həkim mama-ginekoloqun əsas vəzifəsi ilk öncə ananın və körpəninsağlamlığının qorunmasını təmin etməkdir. Bütün hamilə qadınlaravaxtı-vaxtında konsultasiyalara getməsini, eyni zamanda özhəkiminin təyin etdiyi müayinə və müalicə planına düzgün əməlolunmasını tövsiyə edirəm.
Bilmək vacibdir ki, sağlam ana gələcək körpənin sağlamlığınınzəmanətidir. Sağlam həyat tərzinə aiddir sağlam qidalanma, fizikiaktivlik və zərərli vərdişlərdən imtina (məsələn, siqaret çəkmə,spirtli içkilər, narkotik maddələr və s.).
Hamiləlik dövründə qadın ana olmağa hazırlaşdığı zaman onun iş vəailə həyatının dinamikası, fizioloji və psixoloji ehtiyaclarıdəyişir. Hamiləliyin 40 həftəsi ərzində sağlam mühit və həyat tərzidəyişikliklərə məruz qalan qadının optimal sağlamlığını təmin etməküçün çox vacibdir.
Yüksək keyfiyyətli antenatal qulluq (hamiləlik boyu peşəkar tibbiyardım) ana və yeni doğulmuş körpənin sağlamlığının monitorinqiüçün vacibdir.
Hamiləlik dövründə və doğuşdan sonra sağlam olan qadınların sonrakıhəyatlarında da sağlam qalma ehtimalı daha yüksəkdir.

Hər
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
2
Mənbələr
Şərh ()
Bağla