AZ

REKORD: Fransada 140,53 metr uzunluğunda baqet bişirilib

Son beş il ərzində dünyanın ən uzun baqeti (uzun nazik çörək - red.) ilə bağlı lovğalanmaq Fransanın kiçik bir kəndinin və ya şəhər sakinlərinə deyil, İtaliyanın Komo şəhərindən 500 mil uzaqda yaşayan bir qrup çörəkçiyə məxsusdur.

Herbiand.az bildirir ki, bu barədə “The Guardian” yazıb.

Fransada 12 çörəkçidən ibarət bir qrup bunu dəyişdirmək qərarına gəliblər. Onlar buna görə xəmiri yoğurmağa, forma verməyə və bişirməyə saatlarla sərf ediblər. Təxminən 14 saatdan sonra onların səyləri uğurlu hesab edilib. “Ən uzun baqet hazırlamaq üzrə dünya rekordu qırıldı” - Parisin qərbətrafı qəsəbələrində yerləşən Syuren bələdiyyəsi özünün X hesabında yazıb. “Bu gün Syurendə hazırlanan baqetin uzunluğu 140,53 metrdir!!!”

Çörəkçilər 132,62 metrlik hazırkı rekordu qırmaq ümidi ilə səhər saat 3-də işə başlayıblar.

Fransada hər saniyədə 320-yə yaxın baqetin satıldığı güman edilir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla