AZ

"Ordumuz ölkədə birliyin, əmin-amanlığın möhkəm sipəridir" -PREZİDENT



"Qüdrətli ordumuz sülhün, firavanlığın keşiyində durur".

Newscenter.az "Akorda"-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident Kasım-Jomart Tokayev dövlət mükafatlarının, yüksək hərbi və xüsusi adların, sinif rütbələrinin təqdim edilməsi mərasimində deyib:

"Bu gün qüdrətli ordumuz ölkədə birliyin, əmin-amanlığın möhkəm sipəridir. Qüdrətli ordumuz əmin-amanlığın, firavan həyatın keşiyində dayanır. Onlar əziz Vətənimizi hər an müdafiə etməyə hazırdırlar".

Tokayev qeyd edib ki, Milli Qvardiyanın, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti anda sadiqlik nümunəsi göstərib.

Anar Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla