AZ

Joze Mourinyonun işsiz günləri bitir?

Səudiyyə Ərəbistanının ikinci divizionunu təmsil edən “Əl-Kadisiya” klubu portuqal mütəxəssis Joze Mourinyonun xidmətində maraqlıdır.

Arena.az bu barədə jurnalist Ben Ceykobsun əldə edib ictimailəşdirdiyi məlumata istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bu klub FIFA ilə sponsorluq müqaviləsi olan “Aramco” neft şirkətinə məxsusdur.

“Əl-Kadisiya” rəhbərliyinin Səudiyyə Ərəbistanı Suveren Fonduna (PIF) aid olan nəhənglər – “Əl-İttihad”, “Əl-Nəsr”, “Əl-Əhli” və “Əl-Hilal” klublarına qarşı mübarizə müstəvisi yararmaq istədiyi vurğulanır. “Əl-Kadisiya”nın Peşəkar Liqaya vəsiqə qazanmaq üçün liqanın qalan 4 oyunundan 2 xal toplaması lazımdır ki, komandanın bu işin öhdəsindən gələcəyi ehtimalı yüksəkdir.

Vurğulanır ki, Joze Mourinyo mayın sonunda Əl-Xubara gəlməlidir. Məsələnin bundan sonrakı mənzərəsi haqda məlumat yoxdur.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
30
arena.az

10Mənbələr

Şərh ()
Bağla