AZ

Joze Mourinyo: “Heç kəs mənim yazdığım tarixi poza bilməz”

Məşhur portuqal mütəxəssis Joze Mourinyo məşqçilik karyerasını nə vaxt başa vuracağını açıqlayıb və öz müvafiq fəaliyyətini dəyərləndirib.

Arena.az “A Bola” dərgisinə istinadən, Mourinyonun bu barədə fikirlərini təqdim edir:

“Mən 2035-ci 2040-cı illər aralığında təqaüdə çıxmaq niyyətindəyəm. O ana qədər qalib gəlməyə davam edəcəyəm. Mənim tarixim artıq yazılıb, heç kəs onu silə bilməz”, deyə “Mour” özünəməxsus üslubda vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl, mətbuatda, 61 yaşlı mütəxəssisin “Mançester Yunayted”ə qayıtmaqda maraqlı olduğu haqda məlumat yayılmışdı. Mourinyo Səudiyyə Ərəbistanı klublarının da maraq dairəsindədir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı futbolunun rəhbərləri portuqal mütəxəssisi yerli futbol layihəsinin bir vacib əsası kimi baxışdan keçirirlər.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
arena.az

10Mənbələr