AZ

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Quba rayonunda hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit ayırıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, kredit fərdi sahibkar Humayə Məmmədova ayrılıb.

“Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir”, - Mikayıl Cabbarov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
3
Mənbələr
Şərh ()
Bağla