AZ

BTC kəməri ilə Türkiyə ərazisindən neftin nəqli artıb

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 55 322 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1% çoxdur.

Bu barədə "APA-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 54 811 min barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
2
Mənbələr
Şərh ()
Bağla