AZ

Polis 18 yaşlı bu gənci axtarır - FOTO

Polis 18 yaşlı bu gənci axtarır - FOTO

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 2024-cü il aprelin 27-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

BAKU.WS xəbər verir ki, Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm., gözləri qonur rəngdədir.

Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Polis

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
22
Mənbələr
Şərh ()
Bağla