AZ

Bələdiyyə vergilərinə hansı hallarda faiz gəlir?

"İllik ödənilməli olan əmlak və torpaq vergisi ilə bağlı bələdiyyələr tərəfindən vətəndaşlara avqust ayının 1-dək tədiyyə bildirişi təqdim olunmalıdır. Təcrübədə görürük ki, bələdiyyələr əvvəlki illər üzrə tədiyyə bildirişi təqdim etməmiş vergilərə faiz hesablayırlar".

Bunu “Operativ Media”ya açıqlamasında vergi məsələləri üzrə vəkil Nahid Tağıyev deyib.

Nahid Tağıyevin sözlərinə görə, torpaq vergisi fiziki şəxslər tərəfindən  tədiyə bildirişlərində hesablanan vəsaiti 2 hissəyə bölməklə bələdiyyə büdcəsinə təqdim etməlidirlər: 

“Vətəndaş tədiyyə bildirişində göstərilən məbləği bərabər olaraq 2 hissəyə bölərək avqust ayının 15-dən noyabr ayının 15-dək bələdiyyəyə ödəməlidir. Yerli vergilərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün lakin, bir ildən çox olmamaqla ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1 %-i həcmində faiz hesablanılır. Faiz o halda hesablana bilər ki, qeyd olunan vergilərlə bağlı vətəndaşa tədiyyə bildirişi verilmiş olsun. Təcrübədə görürük ki, bələdiyyələr əvvəlki illər üzrə tədiyyə bildirişi təqdim etməmiş vergilərə faiz hesablayırlar. Bu da vergi qanunvericiliyinin tələblərinə birbaşa ziddir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla