AZ

Bakıda bu tarixlərdə regionun ən böyük oyun festivalı KEÇİRİLƏCƏK

1-2 iyun “Baku Crystall Hall”da geniş miqyasda “GameSummit Summer 2024” tədbiri keçiriləcək.

 

Sfera.az bildirir ki, tədbirin özü üç zonaya bölünüb - festivalın özü, oyun konfransı və şou.

 

Oyun konfransı həm oyun tərtibatçıları, həm də oyun sənayesi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Qonaq siyahısına öz zəngin təcrübələrini tamaşaçılarla bölüşəcək Rami İsmayıl, Xsolla və digər xarici məruzəçilər daxildir.

 

Konfransdan əlavə, ziyarətçilərə müxtəlif interaktiv əyləncələr - arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçılarının oyunlarının nümayişi təqdim olunacaq.

 

“GameSummit”in e-sports hissəsi League of Legends, Dota 2, Tekken 8, Mortal Kombat 11, Fifa 23, Valorant, CS2 və s. çempionatlardan ibarət olacaq. Tədbiri dünya şöhrətli ifaçı Con Nyuman açacaq. Şouda cosplayerlər, K-pop rəqsləri və musiqili çıxışlar olacaq.

 

Qeyd edək ki, “GameSummit Summer 2024” artıq Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük tədbirə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir müstəqil tərtibatçılarına istedadlarını nümayiş etdirmək və peşəkarlar və oyunçularla əlaqə qurmaq üçün bir yer verir.

 

Biletləri bu linkindən əldə etmək olar - //iticket.az/events/other/game-summit-summer-2024

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla