AZ

İsrailin Rəfahdan mülki əhalinin təxliyəsinə hazırlaşması ABŞ-ı narahat edib

İsrailin Rəfahdan mülki əhalinin təxliyəsinə hazırlaşması ABŞ-ı narahat edib.

Rəfah məsələsində İsrailin qətiyyətli addımlar atmağa hazırlaşması ABŞ-da həyəcan və narahatlıqla qarşılanıb. Məsələyə tam aydınlıq gətirmək məqsədi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün təcili şəkildə İsrailə səfərə gəlib.

Bu barədə i24News telekanalının yaydığı məlumatda deyilir. Adı çəkilməyən İsrail dövlət rəsmilərindən biri telekanala açıqlamasında deyib ki, Berns İsraildə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşərək Rəfahdan dinc əhalinin köçürülməsini, həmçinin girovların azad edilməsi ilə bağlı HƏMAS-la razılıq əldə edilməsi yollarını müzakirə edəcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla