AZ

Məhşur muğənninin konserti bu şəhərin iqtisadiyyatına təxminən 59 milyon dollar gəlir gətirə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı müğənni Madonna şənbə günü “Celebration” turunun yekun konsertini verib. Rio-de-Janeyrodakı “Kopakabana”  çimərliyində keçirilən pulsuz şouya 1,6 milyona yaxın tamaşaçı toplaşıb.

Banco.az xəbər verir ki, Rio-de-Janeyro hakimiyyəti konsertə təxminən 20 milyon real (4 milyon dollar) xərcləyib, xərclərin digər hissəsini isə özəl sponsorlar ödəyib. Səlahiyyətlilərə görə, şou şəhər iqtisadiyyatına təxminən 300 milyon real (59 milyon dollar) gətirə bilər.

Məlumata görə, bir çox tamaşaçı yaxşı yer tutmaq üçün konsertə bir neçə saat və hətta gün qalmış sahilə gəlib. Bundan əlavə, tamaşaçıların şounu onlarla yaxtadan və qonşu evlərdəki mənzillərdən izlədiyi bildirir.

Qeyd edək ki, 65 yaşlı müğənninin konserti iki saata yaxın davam edib. Madonnanın bundan əvvəlki rekordu 1987-ci ildə Parisdə keçirilən konsertdə 130.000 tamaşaçı ilə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
50
Mənbələr
Şərh ()
Bağla