AZ

"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atdı

Bakı. Trend:

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündəvurduğu ev qollarının sayını 50-yə çatdırıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXXIIIturda nail olublar.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qolsayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. Ağdamtəmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur.Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur.1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 topkeçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
37
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla