AZ

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

Bakı, 6 may, AZƏRTAC

Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş “Qisas – 44” kitabı Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Kitabda şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş məqalələr, şeirlər, poemalar, xatirələr, şəkillər yer alıb.

Vüsal Vəliyev 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrdə təlim keçib.

V.Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması naminə düşmənə qarşı fədakarlıqla döyüşüb. Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları, “Azərbaycan bayrağı” ordeni və digər orden və medallarla təltif edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla