AZ

İraq şiə qrupu İsrail bazasını vurdu

İranyönlü İraq “İslam Müqaviməti Hərəkatı” İsrailin Eylatdakı hava bazasına kamikadze pilotsuz uçan aparatla hücum edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Al Mayadeen"in məlumat yayıb.

Bildirilib ki, pilotsuz təyyarə İraqdan buraxılıb.

İraq “İslam Müqaviməti Hərəkatı” qeyd edib ki, Qəzza zolağında döyüşlər dayanana qədər İsrail hərbi obyektlərinə qarşı hücumları davam etdirəcək.

Məlumata görə, İraq “İslam Müqaviməti Hərəkatı” şənbə günü İsrailin Aralıq dənizindəki Hayfa limanına da raket atmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla