AZ

Əməkdar artistdən NARAZILIQ: “Mən elə seriallarda çəkilmək istəmirəm”

“Çörəkpulumdan kəsib, yarısını özünə götürəcəksənsə və mənə tulapayı verəcəksənsə, mən elə serialda çəkilmək istəmirəm…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev deyib.

Seriallardan uzaqlaşdığını deyən aktyor bunun səbəblərini də açıqlayıb:

“Seriallardan uzaqlaşmışam. Çörək qazanmaq yaxşı şeydir. Amma çörək qazanmaq istəyirsənsə, bir zəhmət, mənim də əməyimə qiymət verməyi bacar. Çörəkpulumdan kəsib, yarısını özünə götürəcəksənsə və mənə tulapayı verəcəksənsə, mən elə serialda çəkilmək istəmirəm. Demirəm, bizdə istedadlı insanlar yoxdur. Əlbəttə, var. Amma kinorejissorluq böyük sahədir. Serial da kinonun bir qoludur.

Bəlkə də mən səhv edirəm, amma hesab edirəm ki, bizdə serial bazarı hələ formalaşmayıb.

Vaxtilə Braziliya, Rusiya serialları efirlərimizdə yayımlananda mən də baxırdım. Hər sahənin öz sirri var, mənim o seriallara baxmaqda məqsədim o sirləri öyrənməkdən ibarət idi.

Azdan-çoxdan dərk etdim ki, asan janr deyil.

Azərbaycan efirində yayımlanan bəzi seriallara baxıb, belə qənaətə gəldim ki, səthi sənət o vaxt yaranır ki, onunla səthi insanlar məşğul olur”.

Cəvahir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla