AZ

6 yaşlı uşağı evləndirdilər..

İstanbulda Yusuf Ziya Gümüşelin qızı H.K.G.-nin hələ 6 yaşında ikən 29 yaşlı şagirdi Kadir İstekli ilə dini mərasimlə evləndiyi və illərdir cinsi istismara məruz qaldığı iddiasında şübhəlilər bu gün yenidən mühakimə olunacaqlar.

News24.az xəbər verir ki, saxlanılan müttəhim Kadir İsteklini 30 il, ata Yusuf Ziya Gümüşəlin 20 il, anası Fatma Gümüşəlin isə 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Regional Ədliyyə Məhkəməsinin 20-ci Cinayət Kollegiyası müttəhimlərə verilən cəzanın artırılması lazım olduğunu bildirərək, qərarı ləğv edib.

MƏHKƏMƏNİN KEÇMİŞİ

6 yaşlı H.K.G-nin evlilik iddiaları ilə bağlı ilk məhkəmə 30 yanvar 2023-cü ildə keçirilib. İlk məhkəmədə nəşr qadağası və məxfilik tətbiq edilib.

İşin ikinci iclasında H.K.G-nin psixi sağlamlığının pisləşdiyi bildirilib və dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzalandırılmasını istəyib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla