AZ

“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi”

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” mövzusunda yeni layihəyə start verib.

Redaktor.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Xaçmaz, Quba, Qusar, rayonlarında həyata keçiriləcək və may ayının 1-dən iyulun 31-dək davam edəcək.

Onun sözlərinə görə, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub:

"Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan hazırda da bu ənənələrə sadiqdir. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi xarici ölkələrin dini dairələrinin ölkəmizə siyasi məqsədlərlə ayaq açmaq cəhdləri təsirsiz ötüşməyib, müxtəlif fundamentalist cərəyanlar xüsusən gəncləri din adı ilə öz siyasi məqsədlərinə alət etməyə çalışır.  “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” layihəsinin əsas məqsədi məhz belə bir şəraitdə davamlı olaraq ölkə daxilində dinlərarası dialoqun təbliğinə xidmət edən maarifçilik tədbirlərini təşkil etməkdən ibarətdir".
.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
2
Mənbələr
Şərh ()
Bağla