AZ

Ermənistandakı aksiyaların ümumi ölkə miqyasında yayılması gözlənilmir



Hazırda Ermənistan müxalifəti bu gücü ortaya qoya bilmir. Nə qədər çalışsalar da xalqı küçələrə çıxara bilmir. Bu mitinqlər Azərbaycana təhvil veriləcək kəndlərin ətrafında yaradılıb, lakin erməni müxalifəti, əsasda Robert Köçəryan başda olmaqla Qarabağ klanı bu aksiyaları ümumi ölkə miqyasında keçirmək istəyir. Lakin bu alınmır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev Azərbaycanla sərhəddə ermənilərin Paşinyan əleyhinə başladığı aksiyanın ümumilikdə Ermənistana yayılma mümkünlüyündən danışarkən deyib. O bildirib ki, bir müddət əvvəl Köçəryan bu məqsədlə Tavuşun dini rəhbəri Baqrat Qalstyanla görüşmüşdü:

"Qalstyan əvvəldən bu təxribatlara rəhbərlik edir. O, erməni Qriqoryan kilsəsi içərisində kifayət qədər təhlükəli şəxs kimi tanınır. Katolikos olmaq arzusu ilə yanıb - alışan Qalstyanla Köçəryan arasında ehtimal ki, saziş var. Keçmiş prezident yaxşı bilir ki, kilsənin dəstəyini alsa diasporun da dəstəyini qazana biləcək. Bunun üçün də bütün gücünü səfərbər edib".

Politoloq deyib ki, Ermənistan Baş Prokurorluğu Robert Köçəryanın qanunsuz əmlakı barədə də məlumat yayıb və onun müsadirə ediləcəyini bildirib:

"O, bunu qanunsuz yollarla qazanmışdı. İndi də həmin maliyyədən Paşinyanı yıxmaq üçün istifadə etmək istəyir. Bunu hökumət bildiyi üçün bu əmlakı müsadirə etmək niyyətindədir. Aksiyaların ümumi ölkə miqyasında yayılması gözlənilmir. Çünki xalq müxalifəti dəstəkləmir. Qarabağ klanı və erməni kilsəsinin ittifaqı bu barədə uğur qazana bilməyəcək".

Süleyman

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla