AZ

“Rheinmetall” Ukraynaya ultra uzun mənzilli artillireya mərmiləri verə bilər

Almaniyanın “Rheinmetall” şirkəti 2024-cü ildə Ukraynaya yüz minlərlə artilleriya mərmisi, o cümlədən 100 km mənzilli prototiplər verməyi planlaşdırır.

“Poliqon” xəbər verir ki, bunu “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperger “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Bu il Düsseldorf şirkəti Ukraynaya “yüz minlərlə atəş yığımı” tədarük edəcək. Buraya atış məsafəsi 100 kilometr olan artilleriya mərmilərinin prototipləri də daxildir”, – deyə A.Papperger vurğulayıb.

“Rheinmetall” hazırda Almaniyada artilleriya zavodu tikir, Litvada istehsalat müəssisəsi yaradır, həmçinin Ukraynada artilleriya zavodu tikməyi planlaşdırır.

2024-cü ilin əvvəlində A.Papperger Ukraynada yeni döyüş sursatı istehsalı zavodunun yaradıldığını elan edib. Fevral ayında “Rheinmetall” şirkəti ukraynalı tərəfdaşı ilə ölkədə belə bir müəssisənin yaradılması haqqında memorandum imzalayıb.

Qeyd edək ki, Ukrayna Rusiya artilleriyasının hücumlarına sursat çatışmazlığı səbəbindən ancaq məhdud dərəcədə cavab verə bilir. Avropa Birliyi və ABŞ-də döyüş sursatı istehsal gücü 2022-ci ilə qədər azalırdı (https://poliqon.az/avropa-ukraynani-artilleriya…/).

Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Rheinmetall konserninin gücü ildə təxminən 70 min mərmi idi. Bu il konsern artıq 700 min, perspektivdə isə 1.1 milyona qədər mərmi gözləyir.

Xatırladaq ki, “Rheinmetall” Avropanın ən böyük hərbi texnika istehsalçılarından biridir. Konsern 2023-cü ildə dövriyyəsini 12% artıraraq 7.1 milyard avroya çatdırıb. Konsernin illik hesabatında deyilir ki, o, Ukraynadakı silahlı münaqişə səbəbindən artan tələbdən “xüsusilə faydalanıb”.

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla