AZ

Məşhur aktyor VƏFAT ETDİ - FOTO

“Titanik” (1997) və “Üzüklərin hökmdarı” filmlərindəki rolları ilə tanınan aktyor Bernard Hill 79 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, aktyorun meneceri onun bu səhər öldüyünü təsdiqləyib. 

 

Aktyorun ölüm səbəbi isə açıqlanmayıb.

 

Qeyd edək ki, ingilisəsilli aktyor 1944-cü ildə anadan olub. O, aktyor karyerasına 1970-ci illərdə başlayıb. Hill yarım əsrdən çox vaxtını televiziya, kino və teatrda keçirib. O daha çox “Üzüklərin hökmdarı” filmindəki Rohan Kralı "Teoden" rolu, eləcə də “Titanik”in kapitanı "Edvard Smit" rolu ilə tanınır.

 

Firuzə Əliyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
41
Mənbələr
Şərh ()
Bağla