AZ

İsrail BMT binasını bombaladı

Bildirilib ki, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “Həmas tərəfindən hərbi komandanlıq mərkəzi kimi istifadə etdiyi” iddiası ilə binanı bombalayıb."

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-da yayımlanan xəbərdə İsrailin Qəzza zolağında UNRWA-ya məxsus binanı vurduğu və binanın “Həmasın hərbi komandanlıq mərkəzi” kimi istifadə edildiyi iddia edilib.

İsrail döyüş təyyarələrinin Qəzzada köçkün ailələrin sığındığı iki məktəb yaxınlığında həyata keçirdiyi hücumlarda çoxlu insan həyatını itirib.

İsrail bundan əvvəl də Qəzzadakı UNRWA mərkəzlərini hədəfə almışdı.

UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, onun viza müraciəti İsrail hakimiyyəti tərəfindən iki dəfə rədd edilib və onun bölgəyə daxil olmasına icazə verilməyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla