AZ

“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olub

“Baku
Aparıcı qara kürü istehsalçısı olan “Azerbaijan Fish Farm” (“Baku Caviar”) şirkəti növbəti nailiyyətə imza ataraq “Friend of the Sea” sertifikatına layiq görülüb. Beynəlxalq səviyyədə tanınan bu standart “Baku Caviar” şirkətinin ekoloji dayanıqlılıq sahəsində liderliyini və dəniz ekosisteminin qorunmasında fəal iştirakını bir daha təsdiq edir.
Azərbaycandan bu uğura imza atan ilk və yeganə şirkətin məhz “Baku Caviar” olması onun yüksək keyfiyyət standartlarına sadiqliyinin və dəniz resurslarından məsuliyyətli istifadəsinin əyani göstəricisidir. Ümumdünya Dayanıqlı İnkişaf Təşkilatının layihəsi olan “Friend of the Sea” dünyada ekoloji məsuliyyətin və dayanıqlı inkişafın təşviqinin əsasını qoyan nüfuzlu beynəlxalq QHT-dir. Aparıcı sertifikatlaşdırma standartı olaraq “Friend of the Sea” dəniz ekosistemlərinə hörmət edən və onları qoruyan məhsullara və xidmətlərə verilir. “Baku Caviar”ın “Friend of the Sea” sertifikatına layiq görülməsi onun dəniz ekosistemlərinin qorunması işinə sadiqliyini göstərir və kürü istehsalı sənayesində dayanıqlı təcrübələrdən istifadəni təşviq edir. Xatırladaq ki, “Baku Caviar” şirkəti Xəzər dənizinin endemik balıq növlərindən olan nərəkimilərin vəhşi populyasiyasını uğurla bərpa edir və bu məqsədlə hər satılan kürü bankasının əvəzinə dənizə 10 nərə balığı buraxır. Qeyd edək ki, sertifikatlaşdırma prosesində şirkətlər ciddi ekoloji və sosial standartlara uyğunluğun təmin edilməsini ehtiva edən müxtəlif meyarlar üzrə qiymətləndirilir. “Baku Caviar” şirkəti “Friend of the Sea” sertifikatının dayanıqlı akvakultura üzrə aşağıdakı əsas meyarlarına cavab verir və riayət edir: - Kritik yaşayış mühitlərinə mənfi təsirin olmaması; - Suyun keyfiyyət parametrlərinə uyğunluq; - Ərpşəkilli törəmələrə qarşı zərərli vasitələrdən və böyümə hormonlarından istifadənin qadağan olunması; - Sosial məsuliyyət standartlarına uyğunluq; - Karbon izinizi minimuma endirilməsi. Bu meyarlara ciddi riayət etməklə “Baku Caviar” balıqçılıq və ətraf mühitin mühafizəsi sahəsində məsuliyyətli təcrübələrə sadiqliyini nümayiş etdirir. Bu sertifikat brendin kürüsünün etik istehsal və dayanıqlı inkişaf prinsiplərinə tam riayət etməklə ərsəyə gətirildiyinə zəmanət verir. “Friend of the Sea” sertifikatı həm “Baku Caviar” brendi, həm də bütövlükdə Azərbaycan üçün mühüm nailiyyətdir. Azərbaycan üçün bu tanınma dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi üzrə yüksək standartlara cavab verən ölkə kimi dünya miqyasında mövqeyinin təsdiqi deməkdir. “Friend of the Sea” sertifikatı dünya ictimaiyyətinin diqqətini Xəzər dənizinin nadir təbii resurslarına və sərvətlərinə cəlb etməyə imkan verir, eyni zamanda ölkədə ekoloji şüurun yüksəlməsinin sübutu kimi çıxış edir. “Baku Caviar” haqqında daha ətraflı məlumatı https://bakucaviar.az/ rəsmi saytından əldə edə bilərsiniz. Reklam hüququnda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla