AZ

“Sumqayıt” heç-heçə rekordunu təkrarladı

“Sumqayıt” futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümündə 12-ci heç-heçəsini edib.

Arena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb.

2015/2016 mövsümündə də sumqayıtlılar 12 sülhə imza atmışdılar. Amma bu mövsüm sözügedən komandanın yeni rekorda imza atması da mümkündür. Çünki hələ qarşıda daha 3 tur var.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/2010, “Bakı” 2012/2013, “Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.

Xatırladaq ki, “Sumqayıt” son olaraq 33-cü turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1. Bu komandanı qarşıdakı turlarda “Səbail” və “Qəbələ” ilə ev, “Sabah”la səfər oyunları gözləyir. Sumqayıtın eyniadlı təmsilçisi cari mövsümdə 33 oyuna topladığı 51 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
12
Mənbələr
Şərh ()
Bağla