AZ

Erməni istehkamçı Qazaxın Xeyrimli kəndində minaya düşdü

Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb.

Day.Az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qeyd edib ki, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, aprelin 30-da Ermənistanda Azərbaycanla həmsərhəd Berkaber kəndində minatəmizləmə işləri başa çatıb.

Xatırladaq ki, aprelin 22-də errməni minatəmizləyənlər Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıb.

Aprelin 23-də Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin görülməsi üçün Bağanis-Voskepar yolunu bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla