AZ

Rusiyanın bu şəhərində FHN əməkdaşları kütləvi şəkildə işdən çıxırlar

Rusiyanın Perm vilayətində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları kütləvi şəkildə işdən çıxmaq barədə ərizə yazıblar.

Bu barədə "İzvestiya" nərşi yazıb. 

FHN əməkdaşları işdən çıxmalarına əsas kimi maaşların azlığını və ağır iş şəraitini göstəriblər.

2024-cü ilin əvvəlindən, 17 nəfər Dobryanka şəhərindəki 115 saylı yanğınsöndürmə məntəqəsini tərk edib.

İşdən çıxan əməkdaşlardan biri deyib ki, maaşları ayda 32 min rubl (592 AZN) təşkil edir və sonuncu dəfə dörd il əvvəl indeksləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla