M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2024/2025-ci tədris ili üçün magistraturaya qəbul elan edir.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlarla elanın tam mətnində tanış olmaq mümkündür.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 6 may – 7 iyun 2024-cü il tarixlərində elektron qaydada aparılacaq.
Ərizə Filialın msu.az saytında və yaxud Mərkəzin dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.
Daha ətraflı məlumat əldə etmək üçün pk@msu.az elektron poçt ünvanına yaza və ya göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz.
Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)