AZ

Erməni istehkamçı Qazaxın Xeyrimli kəndində minaya düşdü

Bakı. Trend:

Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməniistehkamçı minaya düşüb.

Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanqeyd edib ki, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikasıvə Ermənistan Respublikası arasında sərhəddə AzərbaycanRespublikası Baş nazirinin müavini Şahin Mustafayevin və ErmənistanRespublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi iləAzərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlətsərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ErmənistanRespublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığagəliblər:

• Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

• Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsvirikoordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraqdəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflərarasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirləsənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

• Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmışhissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralelyerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinəmüraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiyaprosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhədxəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

• Paralel olaraq, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə DövlətKomissiyasının və Ermənistan Respublikası ilə AzərbaycanRespublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhədtəhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnaməlayihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü ilmüddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalarprosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərininqanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinəbaşlamaq barədə razılığa gəlinib.

• Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər,həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etməkbarədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikasıilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarasımünasibətlərin qurulması haqqında Sazişdə başqa cür qəraragəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişləmüəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

• Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyirazılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədənanklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davametdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşünkeçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılmasıqərara alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
14
az.trend.az

10Mənbələr

Şərh ()
Bağla