AZ

ABŞ-ın Ukraynaya verməyə pulu yoxdur, çünki özümüz borc içindəyik – respublikaçı senator Rend Pol

ABŞ-ın Ukraynaya verməyə pulu yoxdur, çünki Amerikanın özü borc içindədir.

Editor.az bildirir ki, bunu “The Hill” qəzetinə istinadən respublikaçı senator Rend Pol deyib: “Ukraynaya pul göndərməməyimizin əsas səbəbi pulumuzun olmamasıdır. Biz borc almalıyıq.

Çinə bir trilyon dollar borcumuz var, onlar bizim borcumuzu trilyon dollara alıblar. Biz faktiki olaraq Ukraynaya göndərmək üçün Çindən borc pul almalıyıq”, – Respublikaçı deyib. O, həmçinin Ukraynanın NATO-ya üzv olmaq yolundan əl çəkməli və müharibəni bitirmək üçün bunu güzəştə getməli olduğu fikrini ifadə edib: “Bu, Ukraynanın danışıqlar apara biləcəyi yeganə şeydir.

Düşünürəm ki, onlar qoşunların çıxarılması ilə bağlı razılığa gələ bilərlər. Rusların qoşunlarını geri çəkəcəyinə heç bir zəmanət yoxdur, lakin bunu təklif etməyə dəyər”, – Rand Paul yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla