AZ

Rusiyadakı daşqınlar Azərbaycanı da vurdu: Bu məhsullar bahalaşacaq - Açıqlama

“Bu ilin yazında Rusiyanın 39 regionunda müşahidə olunan daşqınların bu ölkədən tikinti materiallarının ixrac qiymətlərini artıracağı gözlənilir. Qeyd edim ki, Rusiyada tikinti materiallarının bahalaşması hələ daşqınlardan əvvəl başlayıb. Ötən ilin iyul ayından taxta və tikinti materiallarının qiymətləri az qala 40-50 faiz artıb”.





Bunu Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tikinti materiallarının qiymətlərini Rusiyanın daxili bazarındakı qiymətlər müəyyən edir. Qonşu ölkədə qiymətlər və ya logistika xərclərinin artması dərhal Azərbaycan bazarında qiymət artımına gətirib çıxarır:
“Rusiyada qiymət qalxsa, o zaman bizdə də qalxacaq. Böyük ehtimal ki, Rusiyadan ölkəyə gətirilən ağacın qiyməti yüksələcək. Amma qiymət artımı bütün tikinti materiallarında müşahidə olunmayacaq. Ona görə ki, onların bəziləri
Azərbaycanda istehsal olunur".

Sevinc
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla