AZ

“Ixtisas və həyat yoldaşı seçimi önəmli faktordur“- Təhsil eksperti 

"Ixtisas seçimi və həyat yoldaşı seçimi insanın həyatında ən önəmli iki faktorudur".

Təhsil eksperti Adil Vəliyev bunu news365.az- a açıqlamasında deyib.

 "Ixtisas və həyat yoldaşı seçiminin hər ikisini də doğru seçən adam həmişə həyatında uğur əldə etmiş olur. Məsələn ixtisasını seçdin və gələcək həyatında o sahədə davam edirsən və uğur əldə edirsən. Həmçinin həyat yoldaşı seçimini də düzgün etmək lazımdır ki, sənin yaxşı günündə, pis günündə yanında olur. Ixtisasınızı bitirdikdən sonra magistraturanı düşünün. Özünüz üçün, iş həyatınızın olması üçün iş axtarın və işləməyi düşünün"- deyə ekspert qeyd edib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla