AZ

“Neftçi” antirekordunu, “Sumqayıt” heç-heçə rekordunu yenilədi

“Neftçi” antirekordunu təkrarlayıb. Komanda Misli Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Bu rəqəm XXXIII turun “Qarabağ”la matçından (0:5) sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antiekordunu təkrarlayıb.

Qeyd edək ki, “Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/2014 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

“Sumqayıt” da öz rekordunu təkrarlayıb. “Kimyaçılar” 2023/2024 mövsümündə 12 heç-heçə etməklə buna nail olub. 2015/2016 mövsümündə də sumqayıtlılar 12 “sülh”ə imza atmışdı.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/2010, “Bakı” 2012/2013, “Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.

Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
12
Mənbələr
Şərh ()
Bağla