AZ

Rusiya Arsen Avakovu da AXTARIŞA VERDİ

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov Rusiya Maliyyə Monitorinqi üzrə Federal Xidməti tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib.

 

Sfera.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinə əsasən axtarışa verilib.

 

Onun hansı maddə ilə axtarıldığı isə açıqlanmayıb.

 

Xatırladaq ki, 2018-ci ildə Rusiya İstintaq Komitəsi Avakova qarşı Rusiya vətəndaşlarının prezident seçkilərində səsvermə hüququnu sərbəst həyata keçirməsinə maneçilik törətdiyinə görə cinayət işi açıb. İstintaqın məlumatına görə, Avakov Rusiyanın Kiyev, Xarkov, Odessa və Lvovdakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin edən Ukrayna Daxili İşlər Nazirliyinin rəsmilərinə rusların seçki məntəqələrinə buraxılmaması barədə göstəriş verib.

 

Qeyd edək ki, Avakov 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışıb.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla