AZ

İsrail Rəfah şəhərində əməliyyata başlayıb - » AzadMedia.az




İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.

Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.

Həmçinin BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb.

İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib.

Qeyd edək ki, əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
16
Mənbələr
Şərh ()
Bağla