AZ

Belarus XİN: Ukrayna münaqişəsi ilə bağlı danışıqlara açığıq

Belarus öz ərazisində Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparmağa açıqdır, hər şey Kiyevin siyasi iradəsindən asılıdır. Bu barədə mayın 6-da Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Bizim dinc danışıqlara qapılarımız açıqdır, onlar həmişə açıq olub, açıqdır və belə qalır. Biz hər zaman Belarus torpağında danışıqlara evsahibliyi etməyə hazır olacağıq, ümid edirik ki, bu, sülhün bərqərar olmasına və Ukraynada qan tökülməsinə son qoymağa kömək edəcək”, - deyə nazir bildirib.

Aleynik onu da vurğulayıb ki, bu gün Ukrayna xalqı getdikcə daha çox sülhü bərpa etməyə və üzləşdiyi çətinliklərə son qoymağa çalışır: “Sülhün taleyi Kiyev siyasətçilərinin əlindədir”, - deyə diplomatik idarənin rəhbəri qeyd edib.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla