Mayın 4-də Yasamal rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Anar Allahverdiyev avtomobillə birgə saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.