AZ

Yoldan tapdığı pul kisəsini sahibinə qaytardı:DYP-də görüş oldu- FOTO - VİDEO

Şənbə günü Bakıdakı velosiped məktəblərinin birinin müəllimi olan Fuad bəy Avtosfer.az saytına müraciət edərək şagidlərinin pul kisəsi tapdığını və bunun sahibinə qaytarılmasında vasitəsi olmağı xahiş edib. Daxili İşlər Nazirliyi yanında İctima Şuranın üzvü, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyevə müraciət edib. 

Pul kisəsinin içərisində olan sürücülük vəsiqəsi vasitəsilə itirilmiş əşyanın sahibi tapılıb. BDYPİ-də baş tutuan görüş zamanı pul kisəsi onu itirən xanıma qaytarılıb. Həyat yoldaşı ilə İdarəyə gələn xanım itmiş əşyanı tapan şəxsə, o cümlədən operativ reaksiyaya görə DYP-ə və Avtosfer.az saytına təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu cür hadisələr digərləri üçün də bir nümunə olmalı və xalqımızı belə nəcib adət-ənənəsi qorunub saxlanmalıdır.

Eyni zamanda İdarə tərəfindən Fuad müəllimə nümnəvi hərəkətinə görə plaket təqdim olunub. 

 

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla