AZ

Bu şəxslərə 1380 manat ödəniş edilir

Bakı. Trend:

Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri dəcəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olanşəxslərə ödənişin verilməsidir. Bu müavinətin qanunla təsbiqedilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdənistifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azadolunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi vəsosial yardıma ehtiyacı olan şəxslərə verilir.

"Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyənmüddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmənövündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiarmüəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödənişhəyata keçirilir.

Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misliməbləğindədir. Yəni, həmin şəxslərə 1380 manat ödənilir. Müraciətkifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsininsurəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsininarayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayətməsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azadedilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasınırəsmilləşdirmək mümkündür.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündənən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbuledildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə,müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişialmaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaqhüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlkiüç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildəazad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişialmaq hüququna malikdir", - deyə V.Bayramov əlavə edib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
49
Mənbələr
Şərh ()
Bağla