AZ

Əlillilərin Üçün Jest Dilinin Tədrisi: Şamil Sabirzadənin Təklifi

“Jest dili- nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dilidir. Bununla bağlı ilk öncə məktəblərdə, sonra isə ali təhsil müəssisələrində bu dilin tədrisinə başlanılmalıdır. Nəzərə alsaq ki, bu dili öyrənmək üçün kurslar fəaliyyət göstərir və istəyən hər kəs öyrənə bilir. Məsələ burasındadır ki jest dili dövlət səviyyəsində tanınsa artıq hər kəs öyrənməyə başlayacaqdır”.

⁠⁠Bu fikirləri Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan insanlar əsasən də nitq və eşitmə qabiliyyəti məhdud şəxslər jest dilini mənimsəmək üçün mütləq şəkildə təhsil almalıdırlar: “Təhsil bu şəxsləe üçün çox mühimdir. Çətinliklər ondan ibarətdir ki, əsasən də bölgələrdə bu tip məktəblərin fəaliyyət göstərməsi barədə məlumat yoxdur. Ona görə də valideynlər, əgər övladl nitq və eşitmə qabiliyyəti məhduddursa ona təhsil vermir. Əsasən də bölgələrdə bunun təbliğ olunması çox məqsədəuyğundur”.

Qeyd edək ki, jest dilinin inkişafında müxtəlif QHT-lər fəaliyyət göstərir ki, onlar istər yerli, istərsə də beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirirlər.

 

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla