AZ

Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini Röyal Əliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar. Ş.Əhmədzadənin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 16 kiloqram marixuana və 480 ədəd metadon həbi aşkarlanıb. Onların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə əlbir olaraq
Bakı şəhərinə çatdırmağı planlaşdırdıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Araşdırmalar davam etdirilir.

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
38
Mənbələr
Şərh ()
Bağla