AZ

Cəbhə xəttini sərhəd xətti əvəz edəndə - BİZİM ŞƏRH

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündən sonra Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və bunun ardınca da sərhədlərin müəyyənləşdirilməsi prosesi başladı.

Aprelin 23-də ilk sərhəd dirəyi basdırıldı. Çoxlarının gözləmədiyi halda proses sürətlə getdi və bir

Aprelin 29-də rəsmi məlumat verildi ki, artıq 35 sərhəd dirəyi quraşdırılıb.

Aprelin 30-da isə erməni mənbələri məlumat yaydıki, Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Berkaber kəndi artlq minalardan təmizlənib.

Proseslərin belə sürətli inkişafı bəzilərini çaşdırsa da beynəlxalq birlik tərəfindən alqışlandı. Bu prosesə yeganə reaksiya verməyən Fransa oldu.

Proses davam edir.

Doğrudur bu prosesə mane olmaq istəyən qüvvələr Ermənistanda müəyyən narahatlıqlar yaradırlar. Ancaq prosesə mane olmaq mümkün olmayıb.

Bu məqamda bir məsələni diqqətə çatdırmaq istərdik.

Yuxarıda göstərildiyi ki, proses sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının aprelin 19-da baş tutan görüşündən sonra start götürdü.

Demək olar ki, aprelin əvvəlindən 13-ə qədər Müdafiə nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində intensiv atəşkəs pozulmaları barədə məlumatlar verirdi. Lakin sərhədlərin müəyyənləşdirilməsi başlayandan hələ də atəşkəsin pozulması barədə heç bir məlumat yoxdur. Bu isə hər iki tərəfin hərbçiləri üçün həyati təhlükənin olamması deməkdir.

Əldə olunmuş razılaşmanın şərtlərindən biri də odur ki, bundan sonra Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilmiş hissəsində Müdafiə Nazirliyinin yox, Sərhəd Qoşunlarının hərbi qulluqçuları dayanacaq. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında cəbhə xətti yox, dövlət sərhədi olacaq.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla