Roma Papası Fransisk Ukrayna üzrə iyunda İsveçrədə keçiriləcək sülh konfransına yalnız Rusiyanın da dəvət olunması şərti ilə qoşulmağa hazır olduğunu bildirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.
Bildirilir ki, Papanı konfransa İsveçrə Prezidenti Viola Amherd dəvət edib.
Qeyd edək ki, konfransın 15-16 iyun tarixlərində Luzern şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun