AZ

Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəyəm!

Roma Papası Fransisk Ukrayna üzrə iyunda İsveçrədə keçiriləcək sülh konfransına yalnız Rusiyanın da dəvət olunması şərti ilə qoşulmağa hazır olduğunu bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.

Bildirilir ki, Papanı konfransa İsveçrə Prezidenti Viola Amherd dəvət edib.

Qeyd edək ki, konfransın 15-16 iyun tarixlərində Luzern şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
6
milli.az

7Mənbələr