AZ

Mahir “Dinamo”dan ayrılır?: “Futbolçu oynadıqca xoşbəxt olur”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubundakı karyerası ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, İTV-də yayımlanan “Bol İdman” verlişinə danışan milli üzvü “yayda “Dinamo”dan ayrılacağınla bağlı fikirlər səslənir” sualına belə cavab verib:

“Hər transfer dönəmində təkliflər olur. Beynimizdə müəyyən fikirlər var. Hər bir futbolçu kimi mənim üçündə əsas oynamaqdı. Futbolçu oynadıqca xoşbəxt olur. Təbii ki, burda məni narahat edən məqamlar var. “Dinamo”da az oynamağımda bəlkə mənim də səhvlərim var və ya məndən asılı olmayan səbəblər də var. Klubla daha iki illik müqaviləm var. Yayda burdan gedəcəyimlə bağlı fikir səsləndirməyim peşəkarlıq olmaz. Yayda baxıb görəcəyik bizi nələr gözləyir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla