AZ

ABŞ İsrailə silah-sursat göndərilməsini dayandırdı

ABŞ-da prezident Co Bayden administrasiyası keçən həftə İsrailə göndəriləcək ABŞ istehsalı olan sursatların göndərilməsini dayandırıb. Rəfaha qarşı quru əməliyyatı hazırlayan İsrailin baş naziri Benyamin Netanyahunun narahatlığı ABŞ-ın onu zəbt etməsi ilə daha da artıb. İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan sonra Vaşinqton rəhbərliyinin ilk dəfə belə bir qərar verdiyi vurğulanıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyası keçən həftə İsrailə göndəriləcək ABŞ istehsalı olan sursatların göndərilməsini dayandırıb. İsrail rəsmiləri yükün dayandırılmasının ciddi narahatlıq yaratdığını bəyan ediblər.

ABŞ-da nəşr olunan "Axios" xəbər saytının adı açıqlanmayan iki İsrail rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ İsrailə göndəriləcək sursat daşınmasını keçən həftə dayandırıb. Xəbərdə, 7 oktyabrda Qəzzaya hücumlar başlayandan bəri ABŞ-ın İsrailə silah göndərişini ilk dəfə dayandırdığına diqqət çəkilib.

İsrail rəsmilərinin bildirdiyinə görə, daşımanın dayandırılması Təl-Əviv administrasiyasında ciddi narahatlıq yaradıb. Xəbərdə İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenlə İsrailin baş naziri Binyamin Netanyahu arasında Rəfaha mümkün quru hücumu ilə bağlı “sərt görüş” keçirildiyi də qeyd edilib.

Bayden və Qərb rəsmilərinin Rəfaha mümkün quru hücumunun daha çox mülki insanın ölümünə və humanitar böhranın artmasına səbəb olacağı ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Netanyahu 1,5 milyon insanın sığındığı Rəfah şəhərinə hücum ediləcəyini açıqlayıb.

Digər tərəfdən, ABŞ Konqresindəki Demokratlar Partiyasının 88 üzvü İsrailin Fələstinli mülki vətəndaşlara humanitar yardımı qəsdən əngəllədiyinə dair etibarlı iddiaların olduğunu bildirib və Baydeni ABŞ qanunlarına uyğun olaraq İsrailə edilən yardımları yenidən nəzərdən keçirməyə çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
Mənbələr
Şərh ()
Bağla