AZ

“Tamaşaçıalrımı itirməkdən qorxmuram” - Çingiz Mustafayev

“Artıq pop mahnıları oxumaqdan zövq almıram”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev “Gündən günə” verilişində deyib.

Sənətçi izləyicilərini itirməkdən qorxmadığını bildirib:

“Bəzən səhnədə oxuyanda baxıram ki, bu mahnılar mənim ürəyimcə deyil. Tamaşaçılarımı itirməkdən zərrə qədər qorxmuram. İtirməkdən qorxsam, hər şeyi atıb, gedib Balidə yaşamağı seçməzdim. Mən orada ayaqyalın gəzməyi, özümlə tək qalmağı, təbiətlə olmağı, özümə yatırım etməyi seçdim. Heç nəyə görə peşman deyiləm. İtirsəm belə peşman olmayacağam. Siz Hindistana, mənim olduğum şəhərə getsəniz, görərsiniz ki, orada məndən də qəribə insanlar var. Hər şey nisbidir”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
2
Mənbələr
Şərh ()
Bağla