AZ

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda “Əl-Nəsr” “Əl-Vəhda”nı qəbul edib.

Apasport.az xəbər verir ki, meydan sahibləri 6:0 hesablı inamlı qələbə qazanıblar.

39 yaşlı Kriştiano Ronaldo “Əl-Nasr”ın heyətində 3 qol vurub. Bununla da portuqaliyalının 2023/2024 mövsümündə vurduğu qolların sayını 45-ə çatdırıb ki, bu da ulduz hücumçunun son 8 ildəki ən yüksək göstəricisidir.

Bu qələbədən sonra “Əl-Nassr” 74 xal toplayıb və Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yerdədir.

Xatırladaq ki, Ronaldo 2015/2016 mövsümündə "Real Madrid"in heyətində 51 qol vurub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
apasport.az

1Mənbələr