AZ

Qiymət artıranlar 31 min dollar cərimələnəcək

Yüksək inflyasiya fonunda Türkiyə parlamenti ölkədə qiymətlərin süni şəkildə artırılmasına görə cəzalar haqqında qanun layihəsini bu həftə müzakirə etmək niyyətindədir. Qanunu pozanların cəriməsinin 31 min dolları keçəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti yazır.

Nəşrin məlumatına görə, istehsalçılar, təchizatçılar və pərakəndə satıcılar tərəfindən əmtəə və ya xidmətlərin satış qiymətinin hədsiz dərəcədə artırılmasının yolverilməzliyi haqqında müddəanı pozanlar, məbləği 100 min lirədən - 1milyon lirəyədək inzibati cəriməyə məruz qalacaqlar.

Qəzet bazarda qıtlıqla nəticələnən, bazar tarazlığını və azad rəqabəti pozan, eləcə də istehlakçıların mallara çıxışına mane olan fəaliyyətlərə görə də  1 milyon lirədən (təxminən 373 min dollar) cərimə ilə cəzalandırılacağını qeyd edib. ."

Ekonomi"-nin qeyd etdiyi kimi, malı vaxtında çatdırmayan və ya quraşdırmayanlar 2,2 min lirə (68 dollar), mal və ya xidmətlərin satışından yayınanlar isə ən azı 2,2 min lirə cərimələnəcək.

Sultan AYXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla