AZ

“Bavariya” niderlandlı baş məşqçinin nümayəndələri ilə danışıq apardı

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Erik ten Haq karyerasını Almaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkələrdə yazır.

Onun sözlərinə görə, “Bavariya” niderlandlı mütəxəssislə maraqlanır. Münhen təmsilçisi ilə onun nümayəndələri arasında danışıqlar da olub.

Baş məşqçinin “qırmızı-şeytanlar”dakı gələcəyi hələlik bəlli deyil. Ten Haq müqaviləsini 2025-ci ilə qədər davam etdirmək istəyir. Amma mövsümün sonunda postunu tərk etməli olsa, “Bavariya”ya rəhbərlik etməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla