AZ

"Türkiyə atəşkəs masasındadır" - İsrail maliyyə naziri

"Qahirədə girovların dəyişdirilməsi ilə bağlı aparılan danışıqlarda Türkiyə də iştirak edir".

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bu sözləri İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

O, Misir, Qətər və ABŞ-nin iştirak etdiyi atəşkəs danışıqlarında Türkiyənin də yer aldığını iddia edib.

Ərdoğanı İsrailin antisemit düşməni olaraq xarakterizə edən B. Smotriç bununla bağlı İsrailin baş naziri Benyamin Netanyahuna çağırış edib. 

"Türkiyə atəşkəs danışıqlarından kənarlaşdırılmalı və hər hansısa müzakirədə yer alarsa, Ərdoğan boykot olunmalıdır" - deyə Smotriç qeyd edib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla